Maşın interpretasiyası (maşın lüğətinin leksik əsası)
bu leksik vahidlərin xüsusi kodlaşmış cədvəllərin qaydaya müvafiq olaraq kodlaşması prosesini özündə birləşdirir. Bu cədvəllərin və işlənib hazırlanmış qaydaların köməyi ilə sözlüyün hər leksik vahidə, onların leksik-qrammatik və leksik-semantik kod göstəriciləri verilir. İlkin kod (göstəriciləri) işarələri ardıcıl olaraq sıxılmış (müxtəsərləşdirilmiş) koda və ikinci dərəcəli sıxılmış kodlar və paradiqmlərin sıxılmış xüsusi cədvəllərə görə sıxılması ilə kompressiya olunur. Bununla maşın lüğətində daha kompakt (müxtəsər) yazıya alma təmin olunur. Maşın interpretasiyası nəticəsində baza dilinin (dilaltının) leksik vahidi maşın lüğətinin lüğət vahidinə çevrilir, maşın lüğətinin leksik əsası isə giriş və çıxış sözlüyünə transformasiya olunur.